“Bulvar”da intihara cəhd – Özünü dənizə atdı
31-07-2017 12:38

Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar cəhd edib.
FHN-in saytının verdiyi məlumatına görə, nazirliyə bir nəfərin özünü intihar məqsədi ilə dənizə atması və boğulmaq təhlükəsi ilə üzləşməsi ilə bağlı məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş xilas edilib.