Bu qurumla bağlı 100 milyonluq dəyişiklik - Qanun
13-06-2018 19:43
Baxış sayı:
8236

“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı artırılır.
Muxalifet.az qrumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, Şərq-Qərb dəmir yolu dəhlizinin Bakı-Böyük Kəsik xəttində rabitə-işarəvermə sisteminin yenidən qurulması ilə bağlı QSC-nin nizamnamə kapitalının artırılması üçün 100 mln. manat vəsait yönəldiləcək.
Bununla da “Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı 12,4% artırılaraq 906 mln. 61 min 960 manata çatdırılacaq.