Əbu Qayt: ABŞ bu münaqişənin 70 illik tarixini bilmir

ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini 14 mayda Qüdsə daşıması planı yalnış qərardır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Qayt söyləyib. O bildirib ki, ABŞ-ın bu qərarı əvvəldən səhv olub:
“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Qüdsə köçürməsi haqqında qərar fələstinlilərin və israillilərin birlikdə yaşaması üçün olan bütün son ümidləri puç etdi. Səfirliyin İsrailin 70-ci ildönümündə köçürülməsi də onu sübut edir ki, ABŞ-ın 70 illik qarşıdurmanın tarixindən xəbəri yoxdur”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi ABŞ-ın Təl-Əvivdəki səfirliyini İsrailin 70 illiyi münasibəti ilə may ayında Qüdsə köçürülməsinə qərar verdiyini bildirmişdi. Bundan sonra İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrail Katz Tvitter hesabında bunları deyib: “ABŞ səfirliyinin 70-ci ildönümümüzdə (14 may) Qüdsə köçürülməsi ilə bağlı qərar Prezident Donald Trampı təbrik edirəm. Bundan böyük hədiyyə ola bilməzdi”.