Bu ölkədə də etiraz aksiyası: Hökumətin istefası tələb edilir
21-06-2019 21:51
Baxış sayı:
10135
Əlcəzairin paytaxtı Əlcəzairdə etiraz aksiyaları keçirilir.
Muxalifet.az xəbər verir ki, etirazçılar dövlət başçısı vəzifəsini icra edən Əbdülqədir Bensaleh və Baş nazir Nurəddin Bəduinin istefasını tələb edir.
Aksiya zamanı bir neçə nəfər saxlanılıb. Bəzi yerlərdə isə polislə etirazçılar arasında toqquşma yaşandığı bildirilib.
Qeyd edək ki, bu ilin aprelində Əbdüləziz Buteflika prezident postundan istefa verib.