Bu ölkə Türkiyənin qara gün dostudur - Ərdoğan

Baxış sayı:
4795

15 iyulda Seneqal Türkiyənin qara gün dostu olduğunu sübut etdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Seneqalda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Seneqaldakı FETÖ məktəblərinin bağlanılması olduqca önəmlidir. Maarif Vəqfimiz tərəfindən Seneqalda qurulan və qurulmaqda olan məktəblərdə vətənini sevən, ailəsini sevən gənclər yetişəcək. Seneqal bizim üçün dəyərli dost və strateji bir ortaqdır. Göstərdiyi həmrəylikdən dolayı Seneqal hökumətinə təşəkkür edirəm”, - dövlət başçısı bildirib.