​Bu ittiham düzdürsə, Yıldırımla birgə... - Dəmirdaş

Baxış sayı:
9883

Barəmdə irəli sürülən ittihamlar həqiqətdirsə, Binəli Yıldırımla ikimizin eyni müttəhim kürsüsündə oturması lazımdır. Muxalifet.az xəbər verir ki, bu sözləri HDP-nin həbsdə olan keçmiş lideri Səlahəddin Dəmirdaş bu gün keçirilən məhkəmədə bildirib. Dəmirdaş Yıldırımın səs uğrunda Kürdüstün anlayışından istifadə etməsini 7 il öncə özünün istifadə etdiyini və bu səbəbdən mühakimə olunduğunu deyib. Qeyd edək ki, bu gün keçirilən məhkəmədə Dəmirdaşın həbs müddətinin davamı barədə qərar qəbul edilib.