Bu gündən Bakıda 14 yerdə Novruz yarmarkaları açılır - ÜNVANLAR

Baxış sayı:
13306

Novruz bayramı ilə əlaqədar olaraq bu gündən Bakıda 14 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılır.
Muxalifet.az-ın məlumatına görə, Novruz yarmarkaları Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.
Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.
Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.