Bu gün də Afrində onlarla TERROÇU CƏSƏDİ GÖMÜLDÜ

Baxış sayı:
3499

“Zeytun Budağı” hərəkatı çərçivəsində Afrindən süpürülən terror təşkilatı YPG, bu gün də 16 terrorçunun cəsədini gömüb.
 
Terror təşkilatı YPG, hər keçən gün artan ölü sayını dəfn mərasimlərini təbliğat şousuna çevirərək ört-basdır etməyə davam edir.
 
ZORLA CƏNAZƏYƏ APARIRLAR
 
Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən zərərsizləşdirilən terrorçuların tabutları Afrin küçələrində gəzdiriərək bölgə xalqını cənazə mərasimlərində zorla iştiraka təhrik edir.
 
MÜLKİ HÜCUM PLANI
 
Qaçılmaz məhvə doğru yaxınlaşan terror təşkilatının mülki geyimdə hücumlar həyata keçirmək üçün yeni taktikalar üzərində çalışdığı qeyd olunub. Digər tərəfdən, xəndək qazma işlərini sürətləndirən terrorçular, yerli əhalini zorla işləməyə davam edir.
Müxalifət.az