“Bu dövlət sirridir və açıqlanmayacaq" – Kremldən açıqlama

Baxış sayı:
6409

Kremlin sözçüsü Dmitriy Peskov Rus sualtı gəmisində baş verən və 14 dənizçinin həyatını itirməsinə səbəb olan yanğına bağlı bəzi məlumatların dövlət sirri olduğunu və açıqlanmayacağını ifadə edib.
 
Peskov jurnalistlərə etdiyi açıqlamada, Rusiya dövlət başçısı Vladimir Putinin 14 rus dənizçinin həyatını itirdiyi yanğınla bağlı bütün məlumatlara sahib olduğunu söyləyib.
 
"Bəzi məlumatlar dövlət sirridir"
 
Yanğına bağlı bəzi məlumatların ictimaiyyətlə paylaşılmamasının "son dərəcə normal" olduğunu ifadə edən Peskov, "Yanğına bağlı bəzi məlumatlar dövlət sirridir və açıqlanmayacaq. Dövlətin və milli təhlükəsizliyin mənfəəti baxımından bəzi məlumatların saxlanması qeyri-qanuni şeylərin olduğu mənasını verməz" deyə söyləyib.
Peskov yanan sualtı gəmisində nüvə reaktorunun olduğuna yönəlik iddiaları da cavablayaraq "Bu Rusiya Müdafiə Nazirliyinin mövzusudur" deyib.
Rusiya Müdafiə Nazirliyindən dünən edilən yazılı açıqlamada, Rusiya Dəniz Qüvvətləri üçün okeanı araşdıran sualtı araşdırma gəmisində 1 iyulda yanğın baş verdiyi ifadə edilmişdi.
Yanğının biyometrik ölçülərin edildiyi zaman baş verdiyi və 14 dənizçinin həyatını itirdiyi bildirilmişdi.
Rus mətbuatında gedən bəzi xəbərlərdə isə yanğının "Loşarik" adıyla bilinən və nüvə enerjisi ilə işləyən kəşfiyyat sualtı gəmisində baş verdiyi qeyd olunmuşdu.
Müxalifət.az