Bərzanidən “Türkiyə” açıqlaması

Baxış sayı:
3586

 İraq Kürd Regional Rəhbərliyinin (IKBY) baş naziri Neçirvan Bərzani Hollandiyada etdiyi bir açıqlamada IKBY ilə Türkiyə arasındakı münasibətlərin düzələcəyini söyləyib.
 
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə etdiyi səfəri başa vuran İraq Kürd Regional Rəhbərliyinin (IKBY) baş naziri Neçirvan Bərzani, Hollandiyaya gəlib. Hollandiyanın baş naziri Mark Rutte ilə görüşməsindən sonra açıqlama verən Bərzani, Türkiyəyə etdiyi səfəri də dəyərləndirib.
Səfərin yaxşı keçdiyini söyləyən Bərzani, prezident Ərdoğan ilə görüşmək imkanının olduğunu bildirərək, keçən il IKBY-nin etdiyi mübahisəli referendumdan sonra ilk rəsmi səfəri olduğunu deyib. Bərzani, səfəri IKBY ilə Türkiyə arasındakı münasibətlər üçün yaxşı başlanğıc kimi səciyyələndirərək "Əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək" deyə söyləyib.
Bərzaninin Hollandiyadan sonra İngiltərə ilə ABŞ-a səfər edəcəyi gözlənilir.
Müxalifət.az