Bərzani saat 16.00-da referendum qərarını açıqlayacaq
24-09-2017 17:30

Türkiyənin qeyri-qanuni elan etdiyi IKBY referendumu ilə bağlı gözlər Bərzaninin saat 16.00da edəcəyi açıqlamağa çevrildi.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, IKBY lideri Məsud Bərzaninin referendum israrı davam edərkən Türkiyə və ABŞ-dan ard-arda xəbərdarlıqlar gəlir. İraq Kürd Regional Rəhbərliyinin (IKBY) başçısı Məsud Bərzani bu gün keçirəcəyi mətbuat konfransında referendum haqqında yekun qərarını verəcək. Gözlər saat 16.00-da keçiriləcək açıqlamağa çevrildi.
Referendumun ləğvi üçün Türkiyə və ABŞ-dan xəbərdarlıqlar ard-arda gəlir. Digər tərəfdən Şiə Milli Koalisiyası ilə IKBY heyətinin keçirdiyi görüşdə referendum məsələsində razılaşma olmadığı açıqlanıb.
Müxalifət.az