Britaniyanın yeni baş naziri üçün ilk sınaq - körfəz krizisi

Baxış sayı:
7807

Avropa İttifaqından şərtsiz ayrılmağı vəd edən Consonla bağlı ən böyük qorxu onun Trampın “əlavəsi” olmasıdır

Dünya siyasətinin əsas mövzularından biri də Boris Consonun Böyük Britaniyanın baş naziri seçilməsidir. 55 yaşlı Boris Conson Osmanlı İmperiyasının son hökumət kabinetində daxili işlər naziri olmuş Əli Paşanın nəticəsidir. Ancaq indi onun türk əsilliliyindən daha çox, dünyanın ən qədim və böyük dövlətlərindən birinin hökumətini necə idarə edəcəyidir. Conson özü isə baş nazir ofisi qarşısında etdiyi ilk çıxışında bütün problemləri həll edəcəyini deyib və seçicilərin ona güvənməsini istəyib. Yeni baş nazir deyib ki, Aİ yenidən müzakirələri başlatmağa razı olmayacağı təqdirdə Britaniya İttifaqdan çıxacaq.

BBC isə yazır ki, indi Consonla bağlı 3 əsas  məsələ  maraq doğurur: “Brexit” və onun iqtisadi zərərləri, İngiltərənin xarici siyasətindəki ciddi sınaqlar, nəhayət, Consonun özünün qeyri-sabit siyasətçi olması. Boris Conson xalq tərəfindən deyil, partiyasının təxminən 160 min üzvünün üçdə ikisinin səsi ilə seçilib. Bundan başqa, onun ABŞ prezidentinə münasibəti ciddi problem yarada bilər. Üstəlik, yeni baş nazir hələ seçilməmişdən çox əvvəldən başlayaraq Aİ-də qalmağın əleyhdarı olub və bunun üçün kampaniya aparıb. Ancaq əsas narahatlıq ondan ibarətdir ki, Boris Conson mühafizəkar siyasətçidir və ABŞ-ın hazırkı prezidenti Trampla yaxındır. İndi İngiltərədə bir çoxları hesab edir ki, Conson baş nazir olduğu müddətdə Böyük Britaniya ABŞ-ın layihələrində vasitəyə çevriləcək. Söhbət xüsusən də Yaxın Şərqdə İran ətrafında gərginlik və müharibə riskindən gedir. Britaniyanın mühafizəkar “Times” qəzeti “Trampın pudeli” (ev iti) kimi göstərən karikatura yayımlayıb.

Boris Johnson ile ilgili görsel sonucu

BBC xəbər verir ki, Consonun hökuməti bürokratlarla böhrana girə bilər. Çünki ənənəyə əsasən, İngiltərə hökumətini baş nazir və nazirlər faktiki olaraq müstəqil olan bürokratiyanın dəstəyi ilə idarə edir. Ancaq bürokratiya ilə kabinet arasında anlaşılmazlıq yarananda dövlət idarəsində böhran yaranır. Üstəlik, yaxın vaxtlarda keçiriləcək yerli seçkilərdə Consonun partiyasının səsləri daha da azala bilər. Bu isə baş nazir üçün daxildə ciddi təzyiqin olması deməkdir.

Ancaq yeni baş nazir qətiyyətlidir. Conson bildirib ki, parlament xalqın qərarını icra edəcək və 31 oktyabrda Britaniya Avropa İttifaqından “ammasız və fəqətsiz” çıxacaq.

Maraqlıdır ki, Boris Consonun ilk təyinatı maliyyə naziri postuna Sacid Cavidi təyin etməsi olub. 44 yaşlı yeni xarici işlər naziri Dominik Raab isə Britaniyanın Aİ-dən anlaşma olmadan çıxmasını “düşünüldüyü qədər də pis olmadığını” deyib.

Boris Johnson ile ilgili görsel sonucu

Ancaq indi dünyanı “Brexit”dən daha çox, Yaxın Şərqdəki vəziyyət narahat edir. Məsələ ondadır ki, iyulun 4-də Britaniya Cəbəllütariq boğazında İrana məxsus neft tankerini həbs edib. Buna cavab olaraq İran hökuməti Fars körfəzində hərəkət edən Britaniyaya məxsus iki tankeri saxlayıb. Bu hadisə London və Tehran arasında gərginliyi artırıb. İngilis hökuməti Fars körfəzinə əlavə gəmilər göndərəcəyini bəyan edib.

İngilis hökuməti Fars körfəzinə ile ilgili görsel sonucu

Maraqlıdır ki, İran prezidenti Böyük Britaniyanın yeni seçilmiş baş nazirini təbrik edib. Həsən Ruhaninin ofisindən verilən məlumata görə, İran prezidenti Boris Consonun İran və İngiltərə əlaqələrinə dostcasına münasibəti və eləcə də Consonun Tehrana səfərinin iki ölkə arasında əlaqələrin inkişafı önündəki əngəllərin qalxmasına yardımçı olacağına inandığını qeyd edib.

İngilis hökuməti Fars körfəzinə ile ilgili görsel sonucu

Ancaq indi əsas narahatlıq ondan ibarətdir ki, yeni baş nazir Conson ABŞ prezidenti Donald Trampın təsiri altındadır. Bu isə o deməkdir ki, İraq müharibəsi zamanı Toni Blerin etdiyini İrana qarşı ehtimal olunan müdaxilə zamanı Conson da təkrarlaya bilər. Yeri gəlmişkən, iyulun 19-da İran ordusu Britaniya tankerinə həbs qoyduqdan sonra ilk olaraq Tramp İngiltərə hökumətinə dəstəyini ifadə edib. Eyni zamanda tanker əməliyyatından sonra Britaniya hakimiyyəti faktiki olaraq ABŞ-ın müttəfiqinə çevrilib. Conson olmasa belə, hər hansı nazir indiki vəziyyətdə Vaşinqtonla koordinasiyalı çalışardı. Yalnız o var ki, Tramp kimi Conson da praqmatikdir və müharibənin risklərini anlayır. Bu isə o deməkdir ki, yeni baş nazir münaqişənin daha da böyüməsində maraqlı olmayacaq. Əlbəttə, siyasi şərtlər daxilində./musavat.com