Britaniyadan Rusiyanı QƏZƏBLƏNDİRƏCƏK QƏRAR

Baxış sayı:
9163

Birləşmiş Krallıq Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını Rusiyanın zəhərlədiyini iddia edən rus agenti məsələsinin təcili müzakirəyə çıxarılmasını tələb edib. Britaniya, ikili agent Serrgey Skripalın zəhərlənməsinə təpki göstərərək 23 rus diplomatını ölkədən çıxarmaq qərarı verib.
 
İngiltərə ölkədəki 23 rus diplomatını deportasiya ediləcəyini açıqlayıb. Diplomatlara ölkəni tərk etmək üçün bir həftə vaxt verilib. “Düşmən dövlət aktivlərinə” yönəlik fəaliyyətləri daha da kəskinləşdirəcəyini söyləyən baş nazir Mey, Rusiyanın Britaniyadakı casus şəbəkəsini məhv edəcəyini söyləyib.
Meyin Rusiya ilə dialoqun tamamilə dayandırılmasının milli mənafelərinə zidd olduğunu, lakin bütün yüksək səviyyəli əlaqələrin pozulacağını bildirib. İngiltərə baş naziri Rusiyanın xarici işlər naziri Lavrovun Britaniyaya səfərini ləğv etdiyini və bu yazda heç bir İngilis hökumətinin və heç bir kral ailəsinin üzvünün Rusiyadakı Dünya Kubokuna qatılmayacağını söyləyib.
Tereza Mey, Birləşmiş Krallığın vətəndaşı və ya Birləşmiş Krallıqda yaşayanların həyat və mülkünə təhdid olacağı təqdirdə Rus dövlətinin Birləşmiş Krallıqdakı mülkiyyətinə əl qoyacağını söyləyib.
NATO-dan və AB-dən güclü dəstək aldıqlarını ifadə edən İngilis baş naziri, "İndi bizim təhlükəsizliyimizi təmin etmək üçün müttəfiqlərimizlə bir araya gəlmək əsasdır" deyə, bildirib.
Müxalifət.az