​Bərdədə polis əməkdaşı xəstəxanaya yerləşdirildi - GÜLLƏ YARASI ALIB

Baxış sayı:
5869

Bərdədə polis əməkdaşı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Hümbət oğlu sol əlinin üst nahiyəsi və mil-bilək oynağı nahiyəsində odlu silah yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. ONA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə, F. Mehdiyev ilkin ifadəsində tabeliyində olan silahla ehtiyatsız davrandığı zaman güllə yarası alıb.
Faktla bağlı araşdırma aparılır.