Boltona çətin “diktator” sualı! Cavab verə bilmədi

Baxış sayı:
7189

ABŞ-lı jurnalist Jake Tapper Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Boltona, "ABŞ insan haqlarını pozan Misir, Səudiyyə Ərəbistan və BƏƏ liderləri kimi dünya üzərində çox sayda diktatoru dəstəkləyir. Bu diktatorları dəstəkləyənlərin də bədəl ödəmədən burada gəzməsinə icazə vermək lazımdır" deyə sual edib. Bolton bu suala cavabdan qaçaraq bu ana qədər Venesuela məsələsində bir qismi İspanca olmaqla, 150-dən çox paylaşma etdiyini deyib. Venesuelada hakimiyyətin dinc bir şəkildə Nikola Madurodan Xuan Guaidoya keçməsini təmin etməyə çalışdıqlarını bildirən Bolton, "Bu yarımkürədə və dünyada, xüsusilə də siyasi soldan çox sayda insan, artıq Uqo Çaves və Nikola Maduronun uğursuz hakimiyyətinə son qoyulmasının lazım olduğunu anlayır. Bu səbəbdən Maduronu dəyişmək üçün mümkün qədər geniş bir koalisiyanı bir araya gətirməyə çalışırıq" deyib. Bu açıqlamadan sonra jurnalist Tapper, "ABŞ-ın dünyadakı digər diktatorları dəstəkləməsi sizin bu arqumentinizi alt-üst etmirmi" deyərək sualını təkrarlayıb, ancaq Bolton bu suala da "Xeyr, belə olduğunu düşünmürəm" cavabını verib. Müxalifət.az