Böhran yaradacaq “işgəncə” iddiası

Baxış sayı:
7006

Səudiyyə Ərəbistanında ABŞ vətəndaşı bir həkimin nəzarətdə saxlanıldığı zaman işgəncə edildiyi iddia edilib. “New York Times” qəzeti həm ABŞ, həm Səudiyyə Ərəbistanı vətəndaşı olan doktor Walid Fitaihi-nin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir oteldə nəzarətdə saxlanıldığı zaman işgəncəyə məruz qaldığını iddia edib. Fitaihi-nin müalicəsindən xəbərdar olan bir dostuna əsaslandırılan xəbərdə, Harvard Universitetində təhsil alan Fitaihi-nin nəzarətdə saxlanıldığı otaqdan sürüklənərək başqa bir otağa aparıldığı və aparıldığı otaqda Fataihi-yə işgəncə edildiyi irəli sürülüb. Fitaihi-nin gözlərinin bağlandığı, paltarlarının çıxarıldığı və bağlandığı yerdə ona elektrik şoku verildiyi irəli sürülən xəbərdə, Fitaihi-nin işgəncə zamanı kürəyinin da qamçılandığı qeyd edilib. 2017-ci İLDƏN BƏRİ NƏZARƏTDƏDİR! 54 yaşlı həkim Fitaihi Səudiyyə Ərəbistandakı “korrupsiya əməliyyatları" çərçivəsində 2017-ci ilin noyabrından bəri nəzarətdə saxlanılır. Adı açıqlanmayan bir həkim və bir Amerika rəhbərliyindəki məmura görə isə, korrupsiya əməliyyatları başladığı gündən bəri nəzarətə alınan və işgəncəyə məruz qalan ən az 17 nəfər xəstəxanaya aparılıb. Bir hərbi səlahiyyətli isə gördüyü işgəncə səbəbiylə həyatını itirib. Xəbərdə, qadın insan haqları aktivistinə də elektrik şoku verərək işgəncə edildiyi ifadə edilib. Səudiyyə rəsmiləri isə işgəncə iddialarını təkzib edərək Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər Təşkilatının işgəncələrə qarşı konvensiyasına tərəf olduğunu və işgəncəni qadağan etdiyini bildirb. Müxalifət.az