BMT itkin düşmüş Səudiyyə ŞAHZADƏSİNİ AXTARIR

BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı, 12 mayda Küveytdən Səudiyyə Ərəbistanına gedən və o tarixdən bəri ondan xəbər alınmayan Səudiyyə şahzadəsi Nawaf Talal Raşid haqqında istintaq başladıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında ötən aylarda aralarında nazir və zəngin iş adamlarının da olduğu çoxlu sayda adam həbs edilmişdi. Əməliyyatlar başa çatıb, məhbuslar azadlığa buraxılsa da, ancaq bəzi şahzadələrdən hələ də səs-soraq yoxdur.
BMT-dən İSTİNTAQ
Ötən illərdə də gündəmə gələn şübhəli “itkin düşmə”mə hadisələrinə görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Üzrə Ali Komissarlığı, 12 mayda Küveytdən Səudiyyə Ərəbistanına gedən və o tarixdən bəri ondan xəbər alınmayan Səudiyyə şahzadəsi Nawaf Talal Raşid haqqında Səudiyyə Ərəbistanından sözügedən şahzadənin nə şəraitdə və harada olduğu sualına cavab verilməsini tələb edib.
Səudiyyə Ərəbistanından şahzadənin nəzarətə alınıb, alınmadığı haqda məlumatların bölüşülməsi tələb olunub.
İŞGƏNCƏ VƏ EDAM İDDİALARI
BMT İnsan Haqları ofisindən, Səudiyyə Ərəbistanında nəzarətdəki qadın hüquqları aktivistləri və digər aktivistlər haqqında məlumatlandırma aparılıb. Məlumata görə, son 3 ildə həyatını Avropada davam etdirən 3 Səudiyyə şahzadəsi ortadan yox olmuş, Səudiyyə hökumətini tənqid edən şahzadələr qaçırılıb, Səudiyyə Ərəbistanına aparıldığı haqda dəlillər əldə etmişdi.
Xüsusilə ötən aylarda aparılan əməliyyatlarda işgəncə və edam məsələlərinin da gündəmə gəlməsi, istintaqa təkan verən digər bir detal oldu.
Müxalifət.az