BMT-dən Türkiyə və Rusiyaya çağırış!

Baxış sayı:
7969

BMT-nin baş katibi Antonio Guterres İdlibdə davam edən qarşıdurmalar səbəbiylə Rusiya və Türkiyəyə çağırış edib.
 
BMT-nin baş katibi Antonio Guterres Suriyanın İdlib bölgəsində davam edən qarşıdurmalar mövzusunda narahatlıqlarını dilə gətirərək Türkiyə və Rusiyaya vəziyyəti sabitliyə qovuşdurmaları üçün çağırış edib.
Guterres Suriyanın İdlib bölgəsindəki gəlişmələr haqqında mətbuat mənsublarının suallarını cavablandırıb.
İdlibdəki qarşıdurmaların artmasından dərin narahatlıq duyduğunu ifadə edən Guterres, "Xüsusilə, (İdlibdə) artan aktyorların iştirakıyla vəziyyət təhlükəli bir vəziyyət alıb. Bunun qorxunc bədəlini də yenə əhali ödəyir" deyib.
Guterres "Astana qarantorlarına, xüsusilə 2018 sentyabr razılaşmasının imza tərəfləri olaraq Rusiya və Türkiyəyə gecikmədən İdlibdəki vəziyyəti sabitliyə qovuşdurmaları üçün çağırış edirəm" deyə söyləyib.
Müxalifət.az