Birinci xanımdan GÖZLƏNMƏYƏN HƏMLƏ: TRAMPA ŞOK

Baxış sayı:
1897

ABŞ-ın birinci xanımı Melania Tramp, Meksikadan ölkəyə qeyri-qanuni şəkildə daxil olan valideynlər ilə uşaqların bir-birindən ayrılması ilə nəticələnən "sıfır tolerantlıq" siyasəti haqqında açıqlamat verib.
 
Birinci xanımın sözçüsü Stephanie Grisham CNN-ə verdiyi açıqlamada, "Melania Tramp bütün qanunları yerinə yetirən bir ölkə, ancaq eyni zamanda qəlbilə idarə edən bir ölkə olmağımızın lazım olduğuna inanır" - deyib.
Bu açıqlama ABŞ prezidenti Donald Trampın qeyri-qanuni miqrasiyaya qarşı tətbiq etdiyi "sıfır dözümlülük" siyasətinə qarşı artan tənqidlərlə üst-üstə düşür.
Bu siyasət çərçivəsində sərhədi qeyri-qanuni bir şəkildə keçən yetkin insanlar nəzarətə alınır və haqlarında ölkəyə qeyri-qanuni daxil olmaqdan iddia qaldırılır.
Bu prosesdə isə uşaqlar ailələrindən ayrı bir şəkildə saxlanılır.
ABŞ-ın ədliyyə naziri Cef Sessionsın Meksikadan ölkəyə qanunsuz daxil olan yeniyetmələrin nəzarətə alınacağını may ayında elan etməsindən bəri, təxminən 2 min uşağın altı həftə müddətində ailəsindən ayrı yaşamaq məcburiyyətində qaldığı bildirilir.
ABŞ mətbuatı Texasdakı bir mərkəzdə uşaqların metal qəfəslərdə saxlanıldığını yazır.
Daha əvvəl, çoxu sığınacaq üçün müraciəti edən bu miqrantların hüquqi statusları bəlli olana qədər sərbəst gəzməsinə icazə verilirdi.
Melania Tramp siyasi məsələlərdə çox nadir hallarda fikir bildirir.
Melaniyanın sözçüsü açıqlamasında "Xanım Tramp uşaqların ailələrindən ayrılmalarına nifrət etdiyini və məsələnin həll olması üçün bütün tərəflərinin (ABŞ Konqresindəki Respublikaçılar və Demokratlar) uğurlu miqrasiya islahatı üçün bir araya gəlmələrini ümid etdiyini" qeyd edib.
Trampın bu açıqlamasından sözügedən tətbiqlə bağlı kimi məsul tutduğu anlaşılmır.
Bu açıqlaması ilə birinci xanımın Donald Trampın Demokrat siyasətçilərini bu tətbiqdən dolayı məsul tutduğu mövqeyini müdafiə etdiyini deyənlər də var.
Donald Tramp da valideynlərlə uşaqların ayrılmasına son qoymaq istədiyini deyir, Şənbə günü sosial mediada paylaşdığı bölgüsündə məsələ haqqında yeni bir qanun çıxarmaq üçün Demokratları Respublikaçılarla birlikdə işləməyə çağırıb.
Ancaq siyasəti tənqid edənlər, uşaqları ailələrindən ayırma qərarının ABŞ-ın ədliyyə naziri Cef Sessions tərəfindən keçən ay verildiyini xatırladaraq, praktikaya son qoyulması üçün Konqresin müdaxiləsinin lazım olmadığına diqqət çəkir.
Müxalifət.az