​Bir həftədə üç dəfə görüşdülər – ABŞ terrorçularla tərəfdaşlıq edir

Baxış sayı:
7669

Terrorçu Şahin Cilo: “Votel koalisiyanın Suriyadakı hərbi varlığını davam etdirə biləcəyi təklif üzərində işləyir”
Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyadan çıxmağı vəd elədiyi (14 dekabr 2018) halda, Pentaqon əraziyə yerləşmək planları qurmaqdadır. Son bir həftə ərzində PKK terrorçuları ilə Kamışlı, Ayn İsa, Ayn əl Ərəbdə (Kobani) 3 dəfə görüşən ABŞ heyəti öz tərəfdaşları ilə birlikdə Türkiyəsiz “təhlükəsiz bölgə” planlarını müzakirə edib.
Kamışlıdaki ilk görüşdə amerikalılar PKK-nin qondarma siyasi nümayəndələri ilə məşvərət ediblər. Ayn İsadakı Amerika bazasında keçirilən ikinci görüşdə ABŞ Mərkəzi Qüvvələrinin komandiri Cozef Votel koalisiya qüvvələrinin komandirləri ilə birlikdə PKK/PYD-nin rəhbərlərindən olan, “Mazlum Kobani” kod adlı Şahin Cilo ilə danışıq aparıb. Görüşün keçirildiyi barəsində ABŞ mətbuatında məlumat verilsə də, detallar açıqlanmayıb. Votel ilə görüşü barəsində ABŞ mətbuatına müsahibə verən terrorçu Şahin Cilo isə belə deyib: “Votel koalisiyanın hərbi varlığını davam etdirə biləcəyi bir təklif üzərində işləyir”.
Üçüncü və ən böyük görüş isə Ayn əl-Arabdə (Kobani), yenə də bir ABŞ bazasında keçirilib. Görüşdə PKK terror təşkilatının Qəndil və Suriyadakı qollarının bütün kadrları iştriak ediblər. “Mazlum Kobani” kod adlı Şahin Cilo, Kino Qabriel, Camal əbu Cuma, Əbdülməlik Berd, Novruz Əhməd, Əhməd əbu Hole, Harun Koçer, Bender Eldehham, Rojda Haleb, Siyabend Welat, Hasan Kamışlo, Tolheldan Raman, Leyla Kani, Jiyan Tolheldan, Elder Xəlil və Leyla Abdullahın iştirak etdikləri görüşdə terrorçularla 2014-2017-ci illərdə ABŞ-ın Bəhreyndəki səfiri olmuş, hazırkı vəzifəsi isə “İŞİD-ə qarşı Beynəlxalq Koalisiyanın baş müşaviri” olan Vilyam Robak görüşüb. Robak aralarında Koalisiyanın Yaxın Şərq üzrə məsul şəxsinin də olduğu 4 nəfəri mülki şəxs, bir nəfəri general olmaqla 3 nəfəri yüksək vəzifəli hərbçi olan, ümumilikdə 7 nəfərlik heyətə başçılıq edib.
3 saat davam edən görüş zamanı amerikalılar PKK quldurbaşı olan Şahin Ciloya “general” deyə xitab ediblər. Görüşün əsas mövzusu “təhlükəsiz bölgə yaratmaq” məsələsiolub. ABŞ heyəti yaradılcaq bölgəyə birlikdə nəzarət edəcəyini vəd edib. Bunun üçün yaradılacaq qüvvələrə Şahin Cilo ilə bir ABŞ zabitinin komandanlıq etməsi qərara alınıb. Əvvəlcədən anonsu verilmiş, “rəsmi” adlandırılan iclas vasitəsi ilə ABŞ heyəti Qəndil terrorçuları ilə bir masa arxasında otura biləcəyini də bəyan eləmiş oldu.
İclasda “Zeytun budağı” və “Fərat qalxanı” bölgələri də müzakirə edilib.