​Binəli Yıldırım bu gün istefa verəcək

Baxış sayı:
8806

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım bu gün istefa verəcək.
Muxalifet.az xəbər verir ki, Yıldırım İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədliyini irəli sürdüyü üçün vəzifəsindən gedir.
O, yerli vaxtla axşam saat 20:00-da o, artıq rəsmi şəkildə istefa verəcək.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.