Biləcəridə qatar 22 yaşlı oğlanı vurdu - HƏR İKİ AYAĞI AMPUTASİYA OLUNDU
5-06-2019 10:06
Baxış sayı:
2095
Biləcəridə, Dəmir yol stansiyası, daş bazarının yanında qatar dəmiryol xəttini keçən 22 yaşlı oğlanı vurub.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavabında bildirib ki, "təcili tibbi yardıma çağırış saat 5.51 də daxil olub. Hadisə yerinə gələn həkim briqadası piyadanın ayaqlarının qatar altında qaldığını görüb. Ağır xəsarət alan gənc Travmatologiya İnstitutuna çatdırılıb. Həkimlər yaralının hər iki ayağını amputasiya etməli olublar.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi baş vermiş hadisə barədə məlumatlandırılıb.