Beyrut-İstanbul xəttində FİLM KİMİ SOYĞUN ƏMƏLİYYATI

Baxış sayı:
5401

Livandakı bankdan 1 milyon dollar oğurlayan soyğunçuların İstanbula qaçdığı müəyyənləşdirilib. İki ölkənin xüsusi xidmət orqanlarının birgə çalışması ilə şübhəlilər 600 min dollar pulla birlikdə yaxalanıb.
 
Livanda qar maskası ilə girdikləri bank şöbəsini soyandan sonra motosikletlə qaçan iki soyğunçu izlərini itirib. Qarətlə bağlı iş başlayan Livan kəşfiyyat xidməti soyğunçuların Mohmammed Khal Telah ilə Mohammad Əli Yasına adlı iki gənc olduğunu müəyyən edib.
 
BAŞ NAZİR HARİRİ, YILDIRIMA ZƏNG EDİB
 
Xüsusi xidmət orqanları, bankdan təxminən 1 milyon dollar pul oğurlayan iki soyğunçunun təyyarələrlə Beyrutdan İstanbula uçduqları müəyyən edilib. Cinayətkarların yerinin müəyyən edilməsi ilə Livanın baş naziri Saad Hariri, Türkiyənin baş nazir Binalı Yıldırımdan dəstək istəyib. MİT-in Livan xüsusi xidmət orqanı ilə təmasa keçməsindən sonra şəxsiyyəti müəyyən edilən iki soyğunçunun tutulması üçün iş başlanılıb. Aparılan araşdırmalarda Livan vətəndaşı iki soyğunçunun İstanbul Fatehdə bir oteldə qaldıqları müəyyənləşdirilib.
 
600 MİN DOLLARLA YAXALANDILAR
 
Ankaradan gələn xüsusi bir dəstə İstanbulun “Aksaray” otelindəki otağa əməliyyat keçirib. Soyğunçular 600 min dollar pulla birlikdə yaxalanıb. İki soyğunçu daha sonra Livana göndərilib.
Müxalifət.az