“Beşiktaş”ın prezidenti istefa verdi
24-09-2019 20:07
Baxış sayı:
15370

“Beşiktaş”ın prezidenti Fikrət Orman istefa verib.
Qol.az-ın “Hürriyət” qəzetinə istinadən yaydığı məlumata görə, bunu keçirdiyi mətbuat konfransında o özü açıqlayıb.
Bildirib ki, 2012-ci ildən başçılıq etdiyi “Beşiktaş”dakı fəaliyyətini başa vurur. “Beşiktaş”da qan dəyişiklyinə ehtiyac var” – deyə F. Orman bildirib.
Qeyd edək ki, istefa ilə bağlı sabah klubun İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək. İstefa qərarının həmin iclasda təsdiqkənəcəyi gözlənilir.