​Başqa qadınla intim görüntüləri yayılan İntizardan yeni xəbər

Baxış sayı:
2209

Ötən yay müğənni Mustafa Cecelinin keçmiş arvadı ilə intim görüntüləri yayılan İntizarın işlədiyi prodakşn ilə aralarında problem yaranmışdı. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, bu yaxınlarda eyni şirkət tərəfindən İntizarın klipi yayımlanıb. Bu isə "Razılaşma əldə edilib" şərhlərinin yaranması ilə nəticələnib. Digər tərəfdən eyni prodakşnla işləyən müğənni Hande Yener də Tvitter-də məsələ ilə bağlı paylaşım edib. O, yazıb: "İntizar mövzusunda tam tərs bir mövqeyim var, zamanla görəcəksiniz. Ümid edirəm ki, yenə işləyəcəklər. Bilmədiyiniz şeylər var. Onlar bir-birləri ilə danışırlar. Problemləri təkrarlamaq əvəzinə həll etmək lazımdır. Keçmişə ilişib qalmaq gözəl deyil. O an kim haqlıdırsa, o. Doğruluq və yaxşılıq qazanacaq hər zaman".