Başına 4 milyon mükafat qoyulmuşdu: ÖLDÜRÜLDÜ

Baxış sayı:
7702

Türkiyənin Daxili İşlər Nazirliyindən edilən açıqlamada,
daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Bitlis Jandarma Komandanlığı tərəfindən Bitlis- Mərkəz Kayadağ kəndi çölündə əməliyyat keçirildiyi bildirilib.
 
4 MİLYON TL MÜKAFATLA AXTARILIRDI
 
Açıqlamada, əməliyyatda təsirsiz hala gətirilən terrorçunun terrordan axtarılanlar siyahısında 4 milyon TL mükafatla 'qırmızı' kateqoriyada yer alan sözdə orta sahə məsulu 'Əli Piling' kod adlı Şərif Yaqut olduğunun təsbit edildiyi qeyd edilib.
Açıqlamada, "Söz mövzusu terrorçunun son bir ildə Diyarbakır, Batman, Bitlis, Muş, Elazığ və Bingöldəki terror aksiyalarının təlimatını verdiyi bilinməkdədir" deyilib.
 
68 ADAMIN ÖLÜM ƏMRİNİ VERMİŞDİ
 
PKK terrorçubaşı Murad Karayılanın ən yaxın adamlarından biri olan Yaqut, 27 ildən bəri terror təşkilatının dağ heyətində yer alırdı. Terrorçunun 59-u təhlükəsizlik işçisi olmaqla, 68 adamın da şəxsən ölüm əmrini verdiyi üçün haqqında həbs qərarı vardı.
Müxalifət.az