Baş nazirdən növbəti lari açıqlaması: Bərpa edəcəyik
2-08-2019 20:19
Baxış sayı:
6274

Ötən 2 gündə milli valyutamız (GEL) bir qədər möhkəmlənib. Biz larinin özünün təbii və möhkəm səviyyəsinə qayıdacağını gözləyirik.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə deyib.
Baş nazir turizm sahəsindəki gəlirlərin azalmasına da münasibət bildirib. Onun sözlərinə görə, turizm sektorunda gəlirlərin azalması müşahidə olunur. Lakin hökumətin planlaşdırdığı tədbirlərin köməyi ilə bu sahə əvvəlki dinamikasına qayıdacaq.
“Biz turizm sektorunda artım dinamikasını bərpa edəcəyik və bu sahə növbəti illərdə də Gürcüstan iqtisadiyyatının əsas aparıcı sahələrindən biri olaraq qalacaq”, - deyə o vurğulayıb.