Ban nömrəsi axtarışda olan “LEKSUS” SAXLANILDI
30-05-2018 15:08
Baxış sayı:
10093

Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Leksus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, yoxlama zamanı 2017-ci ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.