Balakəndə kəndlərlə əlaqə kəsildi - YENİLƏNDİ

Baxış sayı:
5083

Balakən rayonunda Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi su altında qalıb.

Bu barədə publika.az-a Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində kənd ərazisində 22-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib:

"Güclü yağışlar səbəbindən Katex kəndi yaxınlığından keçən Dəli çayda suyun səviyyəsi qalxıb. Dəli çayın daşması nəticəsində ətrafda yerləşən 680 evin həyəti su ilə dolub. Kommuniklasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb. Hazırda evlərə elektrik enerjisinin verilməsi bərpa edilib. Qaz xətləri üzərində bərpa işləri gedir. Günün sonuna qədər bu problemində həll olunması gözlənilir".

İcra Hakimiyyətindən verilən məlumata görə, yollarda bir sıra kiçik işlər qalıb, onlar da yekunlaşmaq üzrədir. Vətəndaşlara dəymiş ziyanın məbləği hesablanır.

***

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit havaşəraiti hökm sürür.

Dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb.

Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.

Kənd sakinlərinə məxsus ümumilikdə 150 hektar olmaqla, 10 hektarı tütün, 140 hektar buğda, arpa və qarğıdalı sahələri sel suları altında qalıb.

Dəliçayın keçdiyi ərazidəki daxili kənd yolları yararsız hala düşüb. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Katex kəndi ərazisindən keçən hissəsini sel suları dağıdıb.

Hazırda Balakən rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerində iş aparır. (apa)