Bakıdan bu şəhərə birbaşa aviareys açıla bilər
6-07-2018 22:51
Baxış sayı:
6667

Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reys açmağı planlaşdırır.
Muxalifet.az-ın məlumatına görə, bunu şirkətin baş direktoru Verner Volf deyib.
V.Volf bildirib ki, aviaşirkət 2018-ci ilin sonunadak Bakı, Odessa və Tbilisiyə birbaşa aviareyslər açmağı nəzərdə tutur və bununla əlaqədar yeni təyyarələrin alınması planlaşdırılır.
Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.