Bakıdan 3 VİP-sərnişin aparan “Gulfstream” Moskva aeroportunda uçuş-enmə zolağından çıxdı

Baxış sayı:
7453

Bakıdan havaya qalxan və Moskvaya reys yerinə yetirən təyyarə bu gün fevralın 26-da “Şeremetyevo” aeroportunda uçuş-enmə zolağından kənara çıxıb. Virtualaz.org Rusiyanın “Beşinci kanal” televiziyasına (5-tv.ru) istinadən xəbər verir ki, “Gulfstream” təyyarəsi göyərtəsində 3 VİP-sərnişin olmaqla Moskvaya biznes-uçuş həyata keçirirdi.
Hadisənin təfərrüatları araşdırılır. Zərərçəkənlər haqda məlumat daxil olmayıb./virtualaz