Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alan var

Baxış sayı:
1513

Bakıda zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Mərdəkan yolunda, Binə körpüsünün altında qeydə alınıb.

Belə ki, beş avtomobil zəncirvari şəkildə toqquşub. Qəzanın fəsadları aradan qaldırılarkən daha bir nəqliyyat vasitəsi - "VAZ-2107" markalı avromobil də qəza törədib.

Hadisə zamanı Suraxanı rayonu Bülbülə qəsəbə sakini Babayev Elman Telman oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin əzilmiş diaqnozu qoyulub.