Bakıda əyləncə mərkəzində ÖLÜM HADİSƏSİ: "Xəsarət alanı həyata qaytara bilmədik"

Baxış sayı:
6289

İyunun 5-də, Novxanıda yerləşən "Aqua Park” əyləncə mərkəzində bədbəxt hadisəsi baş verib.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, Zamiq Nağıyev adlı şəxs hovuzda çimərkən atraksiondan sürüşən bir nəfərlə (kimliyi məlum deyil) toqquşub. Zərbədən huşunu itirən Z.Nağıyevi hovuzdan çıxartsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı musavat.com-un müxbiri "Aqua Park” əyləncə mərkəzinin meneceri, Sevinc Əliyeva ilə əlaqə saxlayıb.

O, baş verən hadisə ilə bağlı yayılan xəbərin doğruluğunu təsdiqləyib: "Hadisədən təəssüflənirəm. Əraziyə nəzarət edən 6 mühafizə işçimiz və həkimlərimiz hadisə baş verən an ordaydılar. Çox çalışdılar, amma xəsarət alanı həyata qaytara bilmədik"./musavat.com