​Bakıda sülh qeydə alındı, "Neftçi" "Sabah"a qarşı

Baxış sayı:
14401

Martın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turuna start verilib.
Muxalifet.az xəbər verir ki, turun açılış görüşü “Bayıl Arena” stadionunda oynanılıb. “Səbail” doğma azarkeşlər önündə autsayder “Sumqayıt” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bu oyundan sonra turnir cədvəlində “Səbail” 31-ci, “Sumqayıt” isə 16-cı xalını qazanıb. Növbəti turda “Sumqayıt” doğma meydanda hazırkı lider “Neftçi”, “Səbail” isə səfərdə “Qəbələ” ilə qarşılaşacaq.
Xatırladaq ki, turun açılış gününün sonuncu görüşü “Bakcell Arena”da oynanılacaq. Debütant “Sabah” “Neftçi” komandasının qonağı olacaq. Matç 18:30-da start götürəcək.