Bakıda qadına qarşı İYRƏNC CİNAYƏT – Həyətə girib yumruqla vurdular
26-08-2019 15:58
Baxış sayı:
8743

Bakıda quldurluq etmiş şəxs tutulub.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılıb.
Araşdırmalar davam etdirilir.