Bakıda polisə həyəcan siqnalı daxil oldu – Oğru qadın tutuldu
21-08-2019 17:12
Baxış sayı:
6475

Bakıda oğurluğa cəhd edən qadın tutulub.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.
Araşdırma aparılır.