Bakıda dünya çempionunun törətdiyi qəza yerindən — VİDEO

Baxış sayı:
4219

Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qeydə alınan avtomobil qəzasının görüntüləri yayımlanıb.
 
Muxalifet.az xəbər verir ki, qəza yerindən görüntüləri “REAL TV” çəkib.
 
Hadisə ilə bağlı "Report"un yaydığı məlumata görə, MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.
 
F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.