​Bakıda DƏHŞƏT: 1 gecədə 2 gənc özünü eyni ÜSULLA ÖLDÜRDÜ

Baxış sayı:
7570

Ötən gecə Bakıda gənc oğlan intihar edib.
Muxalifet.az xəbər verir ki, Xətai rayonu Gəncə prospekti 5 ünvanındakı binada kirayə yaşayan 1989-cu il təvəllüdlü Camal Hacıyev özünü mətbəxdə asaraq intihar edib. Onun anten naqilindən asılı vəziyyətdə qalmış meyiti aşkarlanıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər verilib. Bildirilir ki, Camal Hacıyev evli olub.
Oxşar hadisə Sabunçuda da baş verib. Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Əhmədov yaşadığı mənzildə özünü asaraq həyatına son qoyub. O, subay olub.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika