​Bakıda bu küçələr təmir edilir

Baxış sayı:
9004

Neapol və Səməd bəy Mehmandarov küçələrində təmir işləri başlayır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, sözügedən küçələr uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün bərbad vəziyyətə düşüb.
Problemlərin aradan qaldırılması üçün Agentlik tərəfindən uzunluğu 800 m, eni isə 24 metr olan Neapol küçəsində işlərə start verilib.
Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə ikiqat olmaqla, yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m sahəni əhatə edəcək.
Səməd bəy Mehmandarov küçəsində də köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılacaq, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılacaq. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.