Bakıda baş verən dəhşətli hadisənin görüntüləri - ÖLƏN VƏ YARALANAN VAR
19-07-2019 10:05
Baxış sayı:
11989
Dünən axşam saatlarında Bakı şəhər Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində “VAZ 2107” markalı minik avtiomobili “Kamaz” markalı yük maşınına çırpılıb.
Minik avtomobilinin arxadan ağırtonnajlı nəqliyyat vasitəsinə çırpılması nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Dəhşətli hadisənin baş verdiyi yerdən çəkilmiş görüntüləri təqdim edirik./Publika.az