Bakıda avtomobil 23 yaşlı qızı VURARAQ ÖLDÜRDÜ: Sürücü qaçdı

Baxış sayı:
8758

Bakıda avtomobil 23 yaşlı qızı vurub, sürücü qaçıb.
Muxalifet.az “report”-a istinadən xəbər verir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində qəsəbə sakini 23 yaşlı T.Haqverdiyevanı naməlum avtomobil vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Piyadanı vuran “Mercedes” markalı avtomobilin sürücüsü 23 yaşlı Cavid İsmayılov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.