Bakıda ağır qəza tıxaca səbəb oldu - VİDEO

Baxış sayı:
6865

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza metronun “Gənclik” stansiyasının yaxınlığında qeydə alınıb. Qəzada “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Yol hadisəsi Fətəli Xan Xoyski küçəsində tıxaca səbəb olub.

Hadisə yerinə DYP əməkaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.