Bakıda AĞIR QƏZA - Fiat" 70 yaşlı kişini vurub öldürdü

Baxış sayı:
11750

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. 1997-ci il təvəllüdlü İsmayılov Abdulla Nemət oğlu idarə etdiyi "Fiat" markalı avtomobillə Qala-Pirallahı avtomobil yolunda hərəkətdə olarkən yolu keçən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.