Bakıda 36 yaşlı kişi bıçaqlanıb

O, polisə ifadəsində yıxılaraq xəsarət aldığını bildirib
 
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Türkan qəsəbəsində 1981-ci il təvəllüdlü Təhməzov Sərxan Telman oğlu tanışı mübahisə edib.
Nəticədə ona 2 bıçaq xəsarəti yetirilib. Xəstəxanaya yerləşdirilən yaralı yıxılaraq xəsarət aldığını bildirsə də, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları S.Təhməzovun öz tanışı tərəfindən bıçaqlandığını müəyyən edə bilib.
Fakt araşdırılır.