Bakıda 2 avtomobil toqquşdu - ÖLƏN VƏ YARALANANLAR VAR
29-08-2019 13:20
Baxış sayı:
7954

Bakıda daha bir ağır yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, dünən saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub. Nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb. Sürücü K.Məmmədov və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.