Bakıda 11 nəfər liftdə qaldı - FHN köməyə gəldi
16-06-2018 21:02
Baxış sayı:
2980

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 6 nəfər, Nizami rayonunda 4 nəfər və Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Əməliyyatlar başa çatıb.