Bakı metrosunu su basdı – VİDEO
4-10-2017 09:30

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Muxalifet.az baku.ws saytına istinadən xəbər verir ki, axşam saatlarında metronun vaqonları tuneldə yağış suyuna tuş gəlib. Belə ki, metronun Nəriman Nərimanov stansiyasından Gənclik stansiyasına keçid tunelində vaqonlar su axınına rast gəlib və su vaqonların içinə axmağa başlayıb.
Sözügedən görüntüləri təqdim edirik: