Bakı metrosunda HƏYƏCANLI ANLAR: 58 yaşlı kişi arvadının və bacısının yanında... - FOTO
20-02-2019 10:03
Baxış sayı:
7411

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.
Nəriman Nərimanov stansiyasında 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Hidayət Şaban oğlu qəfil özünü pis hiss edib.
Təcili Tibbi Yardım əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Hidayət Ömərov ürəktutmadan vəfat edib.
H. Ömərovun həyat yoldaşı və bacısı da yanında olub. /qafqazinfo