“BƏƏ-nin Türkiyəyə GÜCÜ ÇATMAZ” – ABU DABİDƏN TÜRK DÜŞMƏNÇİLİYİ

ABŞ-ın Körfəz Böhranı çıkartdığı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), yeni təlimat ilə indi də gözünü Afrindəki əməliyyata dikib. Türkiyə haqqında etdiyi böhtanlar son günlər daha da intensive xarakter almağa başlayıb.
"Qərb ölkələri və İsrail öz maraqlarını güdür"
BƏƏ kimi Körfəz ölkələrinin Yaxın Şərq siyasətində böyük rol oynamadığını dilə gətirən espert Əhməd Uysal, "Yenidən Körfəz ölkələri siyasətçilərinin dili ilə əslində Qərb siyasət adamları danışır. Hansı ki, onlar həqiqətən Yaxın Şərqdəki qarşıdurmaların həllini düşünmür. Qərb ölkələri və İsrail öz maraqlarını güdür. Bunu bilən Ankara öz siyasətini və Afrindəki terrorla mübarizə əməliyyatını davam etdirəcək. Yəni BƏƏ-li nazirin açıqlaması heç bir şeyi dəyişdirməyəcək" deyə, şərh verib.
"Türkiyə ilə mübarizə aparacaq gücləri yoxdur"
BƏƏ ilə Türkiyə arasındakı gərginliyin informasiya sahəsi xaricinə çıxmayacağını söyləyən Uysal, "Çünki BƏƏ-nin media xaricində heç bir şeyi yoxdur. Türkiyə ilə mübarizə aparmaq üçün gerçək gücü yoxdur. BƏƏ-nin özbaşına danışmadığını anlamaq lazımdır. Bu küləyi İsrail və sülh ilə təhlükəsizliyə maraq duymayan digər ölkələr üfürür " deyə, bildirib.
Müxalifət.az