“Azərsu”nun tenderi ləğv edildi – NAZİRLİKDƏN QƏRİBƏ QƏRAR

Baxış sayı:
13630

“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Muxalifet.az xəbər verir ki, Müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 24 yanvar 2024-cü il tarixli 3-21-1/2-952/2024 nömrəli məktubuna əsasən ləğv olunub.

Məlumat üçün bildirək ki, ləğvetmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2, 38.2, və 57.3.7. maddələri göstərilir.

Maraqlı və diqqət çəkən məqamlardan biri odur ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunda 57 maddənin 3.7-ci bəndi yoxdur. 57 maddənin 3.7-ci bəndi əvvəlki, yəni artıq hüquqi qüvvəsi olmayan Qanunda mövcud olub. \\Yeniavaz.com